"Legionerlərimiz son iki həftədir bizə qoşulub. Çatışmayan cəhətimiz odur ki, komada birlikdə çox az oynayıb. Bu gün "Qarabağ" kimi komadaya qarşı bir neçə qol epizodunu yaxaladıq. Oyundan-oyuna müsbətə doğru dəyişiklik olduğunu hiss edirəm".
Bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının II turunda evdə "Qarabağ"a 0:2 hesablı məğlubiyyətdən sonra söyləyib.
O, bildirib ki, komandada zədəli oyunçuların olması istədikləri kimi çıxış etmələrinə problem yaradır: "Çempionatın əvvəlləridi. Təqvim də hələki bizim üçün uğursuzdu. Güclü komandalarla qarşılaşmışıq. Gələcəkdə daha yaxşı olacağını düşünürəm". ("Report")
Fanat.Az