"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının II tuurnda "Keşlə"ylə evdə 2:2 hesabıyla heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis öncə qarşılaşma haqda danışıb.
- Bizim üçün ilk oyun idi və debüt matçları ağır olur. "Keşlə" ilk turda uduzduğundan daha aqressiv idi. Heyətdə dəyişiklər etmişdilər. Yaxşı hazırlaşmışdıq. Hesab hətta 3:0 ola bilərdi. "Keşlə"nin əsas təhlükəsinin standart vəziyyətlər olduğunu bilirdik. Çünki hündürboylu futbolçuları var. Qol buraxmasaydıq. bizim üçün daha asan ola bilərdik. İstəyərdik ki, ilk turu 3 xalla başa vuraq. Ancaq alınmadı. Çatışmazlıqlarımız, zədəlilərimiz var. Bilirik ki, bu çempionat daha gərgin keçəcək. Bir-iki komandanı çxısaq, hamının gücü bərabərdi. Futbolçuları ruhdan düşməməyi tövsiyə edirəm.
- Düşünmürüsünüz ki, rəqibin təzyiqinin altından çıxa bilmədiniz?
- Yox. İlk dəqiqələrdə gərginlik olur. Oyunun sonunda rəqibin əvəzetmələrinə baxsaq, demək olar 3 hücumçuyla oynayırdı. "Keşlə"nin itiriləsi bir şeyi yox idi. Hamılıqla hücuma atıldılar. Bu anda əks-hücumlarda qol vurmağımız lazım idi.. Müdafiəçilərimiz təkbətək mübarizələrin çoxdunda qalib gəldi. Daha soyuqqanlı olmalı idik.
Sebiyalı həmkarınız dedi kİ, oyuan nəzarət bizdə idi. Sizcə, nəticə oyuna görə oldu?
- Futbolda hərənin bir baxışı var. Hansı komanda çox qol epizodu yaratdıb? İlk hissə 3:0 xeyrimizə nəticələnə bilərdi. Rəqib üçün planlaşdırılmayan oyun oldu. Tez qol vurmağımız "Keşlə"nin aqressiyasını artırdı. Məncə, maraqlı matç oldu. Meydanşa ağır olsa da, sürətli matç oldu. Nəticə ədalətli oldu.
- Milliyə çağırılan Anar Nəzirovun uğursuz oyunu nəylə bağlıdı?
- Bəzi oyunlarda belə olur. Anar bizim kapitandı. Bir səhvi böyütmək olmaz. Nəzirovun yaxşı oyunları olub. Çatışmazlıq hamıda var.
- Pərdisi siz belə motivasiya etmişdiniz, yoxsa özü özünü? Meydança çox aqrressiv idi...
- O, ötən mövsüm bizimlə matçda bütün müdafiəçilərimizi zədələmişdi. Pərdisə güvənirik. Mənə deyirdi ki, "Keşlə"də ona qarşı çox haqsızlıq olub. Ancaq karyerasında bi səhifə bağlanıb, artıq irəliyə - "Zirə"yə baxmaq lazımdı. Ola bilər ki, daha motivasiyalı olsun. Pərdisdən həmişə belə oyun görmək istəyirəm.
- Düşünmürüsünüz ki, əvəzetmələriniz hücum xəttini gücləndirmədi?
- Elə düşünmürəm. Gözləmədimiz halda Mirsahibin ayağında ağrıları oldu. Ona hətta 2 gün istrirahət vermişdim. Qorxdum ki, onu da zədə üzündən itirə bilərəm. Pərdis yorulmuşdu. Məncə, Budağı da qazanmaq lazımdı. Onda oyun praktikası azlığı var. Oyun tempi başqa cür idi, girən futbolçular üçün çətin oldu.
- İkinci hissədə hiss olundu ki, komandanızda "vuran ayaq" yoxdu...
- İnanmıram hansısa baş məşqçi futbolçularına desin ki, qapıya zərbə vurmayın. Qısa ötürmələrlə rəqibin cərimə meydanına gəldik. Qol epizodlarımız oldu. Yorğunluq öz sözünü dedi. Bu zaman futbolçu düzgün qərar verməkdə çətinlik çəkir. (Sport24.az)
Fanat.Az