"Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov növbəti "unikal" qərarını verib. Əsas komandanın Premyer Liqanın yeni mövsümünə "Sabah” məğlubiyyəti ilə başlaması, ardınca "Zirə” ilə heç-heçə oynaması onu əsəb atına mindirib.
Futbolçular onun adından maaşlarının kəsiləcəyi ilə hədələnib. Belə ki, avqust ayına olan ödəmələrin 50 faizi saxlanılacaq.
Yaranmış vəziyyət ən çox akademiyanın fəaliyyətinə mənfi təsir göstərib. Yayın son ayını yaşayırıq, burda çalışan məşqçilər və digər işçilər isə hələ də iyunun məvacibini almayıb (sportinfo.az).
Fanat.Az