"Qarabağ" və "Şerif" arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, qarşılaşma makedoniyalı hakimlər briqadasına tapşırılıb. Baş hakim Aleksandır Stavrev olacaq. Ona Maryan Kirovski və Deyan Kostadinov yardım edəcək. Dördüncü hakim funksiyasını isə Dimitar Meçkarovski yerinə yetirəcək.
Hakimlərin işinə belçikalı hakim-inspektor Yohan Verbist qiymət verəcək. Görüşün UEFA nümayəndəsi latviyalı Yevgeni Milevski olacaq.
Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq.
Fanat.Az