"Gözlədiyimiz oyunun tam əksini izlədik. Matça fərqli şəkildə hazırlaşmışdıq. Rəqib 10 nəfərlə qalanda da üstünlüyə malik idi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis komandasının zəif çıxışının səbəbini belə izah edib: "Belə pis oynadığımızı xatırlamıram. Buna çox üzüldüm. "Neftçi” ilə görüşün ikinci hissəsində yaxşı oynamışdıq. Amma bu dəfə meydanda tam fərqli futbol gördük. Hücum barədə dediklərimin əksi oldu. Futbolçulara tapşırıb, oyuna kökləmişdik. Ötən tur məğlub olmuşduq, bu dəfə evdə qalib gəlməliydik. Amma sanki futbolçulara da nə isə olmuşdu. Matça baxıb, təhlil edib, oyunçularla fərdi, ciddi söhbət aparacağıq. Bunun bir çıxış yolunu tapmalıyıq. Üstünlüyün də rəqibdə olması məni düşündürür”.
Fanat.Az