"İkinci turda zəif oynamışdıq, acı məğlubiyət dadmışdıq. Futbolçularla söhbətimiz oldu, səhvlərimizə baxdıq. Bugünkü oyunda futbolçular həvəsli idilər. İlk qoldan sonra daha da həvəsləndik və rahat oynadıq. Ancaq ikinci hissə elə də rahat oynamadıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqanın III turunda "Zirə"yə qalib gəldikləri oyundan (2:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
Baş mşqi Marko Deviçi əvəz edə biləcək hücumçu transfer etməyi düşünmədiklərini bildirib: "Hücumçumuz var. Ola bilsin, onun səviyyəsində yoxdu. Transfer etməyi düşünmürük. Yerli futbolçulara güvənirik".
Elşad Əhmədov çempionatda yaranacaq fasilə ilə bağlı da danışıb: "İnanmıram ki, ziyanımıza olsun. Komandaya gec qoşulan oyunçular çoxdu. Fasilə bizim üçün xeyirli olacaq. Çatışmayan cəhətlərimiz var, onların üzərində işləyəcəyik. Bundan başqa yoldaşlıq görüşləri də olacaq".
Fanat.Az