Almaniya 3-cü Liqasında 5-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen” klubu da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə "Osnabryuk” ilə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Rüfət də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra, 46-cı dəqiqədə meydana çıxıb və 59-cu dəqiqədə sarı vərəqə alıb.
Dadaşovun komandası 5 turdan sonra 9 xalla 4-cü pillədədi.
Fanat.Az