Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, U-21 millimizin üzvü Ozancan Kökçünün formasını geyindiyi "Girəsunspor” da növbəti görüşünə çıxıb.
Girəsunlular doğma meydanda "Elazığspor”la üz-üzə gəlib. Futbolçumuzun komandası 2:0 hesablı zəfərə sevinib. Yığmamızın yarımmüdafiəçisi sonadək ehtiyatda qalıb.
"Girəsunspor” 3 turdan sonra 9 xalla 1-cidi.
Fanat.Az