Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək "Keşlə” – "Səbail” görüşünün baş hakimi dəyişdirilib.
Fanat.Az PFL-ə istinadən xəbər verir ki, Ömər Paşayev özünü narahat hiss etdiyinə görə matçı ehtiyat hakim Rəhim Həsənov idarə edəcək. Ömər Paşayev matçda ehtiyat hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən matç "ASK Arena”da baş tutacaq və saat 18:00-da start götürəcək.
Fanat.Az