Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının "milliləşdirilmiş” hücumçusunun - Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi” də növbəti matçına çıxıb.
Ankara təmsilçisi "Əskişəhərspor”u qəbul edib. Dənizinkomandası bu görüşdə 5:0 hesablı darmadağın reallaşdırıb. Millimizin forvardı 46-cı dəqiqədə forma şansı qazanıb.
"Gənclərbirliyi” 9 xalla 18 iştirakçı arasında liderdi.
Fanat.Az