Portuqaliya Sequndasında 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin gənc forvardı Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.
Renatın komandası "Leyksoeş”i qəbul edib və 1:2 hesabıyla uduzub. Ötəntur komandasına qələbə qazandıran, həm də qırmızı vərəqə alan futbolçumuzun adı matçın iştirak ərizəsinə salınmayıb.
"Eştoril” 3 turdan sonra 6 xalla 18 kollektiv arasında 4-cü pillədə mövqe tutub.
Fanat.Az