Topaz Premyer Liqasında 3-cü turunda qeydə alınan azarkeş sayı məlumdu.
Fanat.Az xəbər verir ki, turun ilk görüşü Qəbələ şəhər stadionunda "Qəbələ" və "Sumqayıt" arasında baş tutub. Bu matç zamanı tribunalarda 300 nəfər tamaşaçı olub.
"Dalğa Arena"da baş tutan "Zirə" "Sabah" oyununu 150, "Keşlə" - "Səbail" qarşılaşmasında isə 1000 seyirci qeydə alınıb. Turun mərkəzi görüşü - "Qarabağ" - "Neftçi" qarşılaşmasını isə 3 min azarkeş stadiondan izləyib.
Beləliklə, 3-cü turda 4 min 450 azarkeş oyunlara stadiondan baxıb. Bu da hər oyuna 1112,5 fanat deməkdi. Bu nəticə hələ ki, mövsümün ən yaxşı göstəricisidi.
Fanat.Az