"Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Şerif"in Moldova çempionatındakı oyunu təxirə salınıb.
Fanat.Az xəbər verir ki, "Svyatoy Georgi"ylə sentyabrın 1-də keçirilməli olan qarşılaşma 1 gün sonraya təyin olunub. Dəyişikliyin "Qarabağ"la cavab oyunu ilə bağlı olduğu bildirilib.
"Qarabağ" - "Şerif" matçı avqustun 30-da keçiirləcək. Moldovada keçirilən ilk oyunda Tiraspol təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Fanat.Az