17:36 27.08.2018 1569

Qəlibə sığmayan müşahidəçi

Zaur Axundov həm Elxan Məmmədovun adamıdı, həm də onu ifşa edən. "Keşlə”nin Müşahidə Şurasının sədri də, AFFA-nın baş katibi də eyni klanın üzvləridi. Elşad Nəsirovun tapşırıqlarını yerinə yetirib, ona qulluq edirlər.


 

Amma Axundov Məmmədov kimi diplomat deyil. Elxan bəy çox bacarıqlı bürokrat, sistemə qulluq edən biridi. Onun addımlarında səhv olmur, ideyaları çürük olsa da, doğru sandığı, bildiyi üçün hər şey edir. Kiməsə badalaq vurur, kiminsə ayağının altını qazır, kiminsə üzünə yalandan gülümsünür, kiməsə yalvarır, kiməsə təpinir, kiminsə arxasından iş çevirir. Amma bütün bunların hamısını ağası razı qalsın, işləri yolunda getsin deyə edir.


 

Zaur bəy ipəyatmaz biridi. Hətta yanında paltarının ütüsünə nəzarət edən Rəmiş Malıyevin – Elxan Məmmədovun agentinin olmasına baxmayaraq, tez-tez səhvlər edir. Nə danışığını bilir, nə davranışını. Köntöy hərəkətləri ilə ağasının cızdığı strategiyaya da xələl gətirir.


 

Axundov şura sədridi, işi müşahidə etmək olmalıdı. Zatən AFFA-nın klubara diqtə etdiyi Müşahidə Şurası sisteminin mahiyyəti də budur. "Neftçi”də, "Sumqayıt”da, "Səbail”də və ya "Sabah”da bu xətt qorunur – şuralar da, sədrlər də lal-dinməz müşahidə edir, öz aralarında müzakirələr aparır. Problem olanda da 4 divar arasında qalır. "Keşlə”də fərqlidi. Qəlibə sığmayan Axundov komandanın, məşqçilərin işinə qarışır, onları iclasa yığıb söyür, irad bildirir, tənbeh edir, danlayır, cərimələyir. Hətta müsahibə verib, bunu açıqlayır da.


 

Və bu sistemsizliyin əlamətidi. Axundov ona biçilmiş dona sığmır, özünü kəndxuda kimi aparır, bununla da ağalarının məsləhət bildiyi idarə üsulunu unudur, səlahiyyətlərini aşır. Malıyev önəmsiz fiqur kimi ortada qalıb, Zaur bəy hər şeyi idarə edir. Şura ideologiyasına vurulan önəmli zərbədi - ya klan başçısı buna önəm vermir, ya da kadrının öhdəsindən gəlməyi bacarmır. Axundov üçün açdığı maliyyə kranını bağlamaq asan bir işdi, amma yəqin ki, bazburutundan, ya da bu cür korrektəsiz davranışlarından qorxurlar. O dəqiqdi ki, belə davranış ümumi plandan kənaraçıxmadı, özünüifşadı.

 

Axundov komandanın zəif çıxışından narazıdı. Və dünən iclas keçirərək hamını danlayıb. Yuri Maksimovla bağlı praktikadan sonra gözü qorxub, daha baş məşqçiyə çox yüklənmir, Mladen Milinkoviçin köməkçilərini danlayır. Bəlkə də bu bacarıqsız serbi futzaldakı dostlarının məsləhəti ilə özü gətirdiyindən hələlik ona toxunmur. Amma bu davranış özü məşqçini gözdən salmaqdı. Futbolçuları məşqçinin yanında danamaq, onara hədə-qorxu gəlmək olursa, deməli, o məşqçi heç bir nüfuz, hörmət sahibi ola bilməz.


 

Axundov bir çox məsələlərdə haqlıdı. 2 menecerin monopoliyasına verilən komandaya səviyyəsiz futbolçular doldurulub. Amma Zaur bəy hay-küy qaldırıb, SOCAR-dakıların yanında özünü təmizə çıxarmağa çalışmaqdansa, transferləri müşahidə etməli, vaxtında özbaşınalığın qarşısını almalıydı. Axı, bu oyunçuların bəziləri ötən il də heyətdəydi və onlarla yola davam etmək qərara alınıb. Səviyyəsiz idilərsə, komandada niyə saxlanılıblar? Yeniləri də eyni adamlar – onları aldadanlar gətirib, deməli, Axundov dövlətin pulunun dağıdılmasına göz yumub.


 

"Keşlə” təcrübə dovşanı kimidi. Və belə xaotik vəziyyət həm də Axundova sərf edir. Böhrandan çıxmaq üçün süni səs-küy yaradılır, qışda yeni futbolçular almaq üçün əlavə büdcəyə gərək duyulduğunu qabartçağa çalışır. Halbuki "Keşlə”nin çox normal büdcəsi var. Ayağı top tutmayan Ebrima Sohnaya 70 min dollar ödənilirsə, deməli, pul var, sadəcə, doğru xərclənmir.


 

Bütün bunlar detallardı, əsas olan qəlibə sığmayan Axundovun səlahiyyətlərini aşmasıdı. O, futbolçuları, məşqçiləri hədələməməli, kluba təyin edilən idarəçilərdən hesabat tələb etməlidi. Elxan Məmmədovun müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, müşahidəçi kimi...

 

 

Mənbə: Futbolinfo

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X