İsveç çempionatında 19-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi "Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Örebro” ilə üz-üzə gəlib.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1. Emin bu görüşün iştirakçısı olmayıb. Buna səbəb onun xeyli müddətdi zədədən əziyyət çəkməsidi.
"Kalmar” hazırda 26 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Fanat.Az