Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Yenisey”lə üz-üzə gəlib. İlk yarıda azlıqda qalan Samara təmsilçisi oyundan məğlubiyyətlə ayrılıb - 0:1. Ramil bu görüşün iştirakçısı olmayıb. Bu komandada çıxış edən digər azərbaycanlı futbolçu Azər Əliyev kimi, Şeydayev də sonadək ehtiyatda qalıb.
"Krılya Sovetov” 5 turdan sonra 4 xalla 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.
Fanat.Az