"Qəbələ"nin baş meneceri Zaur Əzizov və komandanın çalışdırıcısı Sənan Qurbanov Türkiyəyə səfər ediblər.
Fanat.Az xəbər verir ki, klub rəsmiləri səfər çərçivəsində Super Liqa təmsilçisi "Başakşəhər"in bazasında olublar.
Onlar İstanbul klubunun baş məşqçisi Abdullah Avcı və icraçı direktoru Mustafa Eröğütlə görüşüblər. Görüş zamanı "Qəbələ" nümayəndələri Türkiyə klubunun idarəçiliyi, strukturu və texniki məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Onlar Abdullah Avcı və Mustafa Eröğütə komandanın formalarını hədiyyə ediblər.
Fanat.Az