2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Keşlə” daha bir futbolçunun transferini gerçəkləşdirib.
Fanat.Az xəbər verir ki, paytaxt klubu Azərbaycan millisinin sabiq üzvü Ruslan Əmircanovu heyətinə qatıb. 33 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ruslan Əmircanov 2012-2014 və 2015-2016-cı illərdə "Keşlə"də (həmin vaxt "İnter" adlanırdı) çıxış edib. O, karyerası ərzində "Ümid", "Ədliyyə", "Karvan", "Standard", "Neftçi", "Qəbələ", AZAL və "Səbail"də çıxış edib.
Fanat.Az