Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqada yaranmış fasilədən istifadə edən "Səbail" daha bir yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, rəqib I divizion təmsilçisi "Şüvəlan" olub. "Bayıl Arena"da keçirilən qarşılaşmada "Səbail" 2:0 hesabı ilə qalib gəlib.
Səbail - Şüvəlan 2:0
Qollar: Enrike Moura, 28. Kevin Kubemba, 90.
Qeyd edək ki, "Səbail" bundan əvvəl yoxlama oyununda "Keşlə"yə 1:2 hesabı ilə məğlub olmuşdu.
Fanat.Az