Eddi İsrafilovun çıxış etdiyi "Alkorkon” İspaniya Kubokunda ilk matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvünün forma geyindiyi klub 2-ci mərhələdə aşağı liqa təmsilçisi "Ekstremadura” ilə qarşılaşıb.
Oyun "Alkorkon”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə Eddinin klubu növbəti mərhələyə yüksəlib.
İsrafilov heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
Fanat.Az