"Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm və Avropa Liqasında uğurlar arzu edirəm. Oyuna gəlincə, bu rəqiblə oynamaq çətindi və şərəflidi. Futbolçularım yaxşı keyfiyyətlərini ortaya qoydular, onlardan razıyam. İrəli baxmaq lazımdı”.
Fanat.Az xəbər verir ki, bunu "Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 4-cü turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün
kifayət qədər əsəbi görünürdüz. Bunun səbəbi nədi?
- Bu, məğlubiyyətlə bağlı deyil. Futbolçular əziyyət çəkir, güclərini ortaya
qoyur. Hakim idarəçiliyi nəticəyə təsir etdi. Siz də gördünüz ki, penalti var
idi. Epizoda baxmağa ehtiyac yox idi, top rəqibin əlinə dəymişdi. Sadəcə,
futbolçuların haqqını yemək düzgün deyil. Hakim futbolçuların çəkdiyi zəhməti
yerə vurdu.
- Yusif
Nəbiyevin qırmızı vərəqə alması komandanı pis vəziyyətə qoydu. Ona hansısa cəza
verəcəksiz?
- Cəza olacaq. Həmin epizodda əllə oynamaq olmazdı. Ona dedik ki, ehtiyalı
olmalısan.
-
"Sumqayıt” çempionatın ən intizamsız komandasıdı. 4 oyuna 3 qırmızı vərəqə
almısınız. Bu, nə ilə bağlıdı?
- Bəli, bu, intizamsızlıq kimi görünə bilər. Futbolçularım daha diqqətli
olmalıdılar.
Fanat.Az