Premyer Liqanın IV turunun "Zirə" ilə 1:1 hesablı heç-heçəyə razılaşan "Səbail"in baş məşqçisi Aftandil Hacıyev fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, mütəxəssis komandasından razı qaldığını deyib:
"Hər iki komanda mübarizə apardı. Komandamdan razı qaldım. Müdafiədə az səhvə yol verdik. Futbolçularımı təbrik edirik. Altı futbolçumuz milli komandaya dəvət almışdı. Bu da təsirsiz ötüşə bilməzdi. Yeni komandayıq. Futbolçuların üzərinə belə bir təzyiq qoymaq istəmirik. Əlbəttə, biz də avrokubok zonasına düşməyi istəyərdik. Lakin "Zirə” də yaxşı komandadı və qitəmiqyaslı yarışlara çıxmaq istəyir".
Fanat.Az