Bu gün Topaz Premyer Liqasında 4-cü tur yekunlaşıb.
Fanat.Az xəbər verir ki, son oyun günündə iki duel reallaşıb.
Öncə debütant "Sabah” Masazırda "Qəbələ”ni qəbul edib. Çempionatın bombardiri Deviçin ilk yarının ortalarında vurduğu qol yeganə olub. 76-cı dəqiqədən azlıqda qalan meydan sahibləri təzyiqə baxmayaraq qələbə hesabını qoruya bilib.
Turun son matçında isə iki paytaxt klubu - "Neftçi” və "Keşlə” münasibətlərinə aydınlıq gətirib. Bol qol vəziyyətləri ilə yadda qalan görüşün sonları daha maraqlı alınıb. "Neftçi"nin 88-ci dəqiqədə vurduğu top qarşı tərəfin irəli atılmasını şərtləndirib. Sonuncu uzatma dəqiqəsində qapını boş qoyub irəli şığıyan Kamran Ağayevin atdığı addım isə işə yaramayıb. Əks-hücuma çıxan "ağ-qaralar" Baqali Dabonun qoluna sevinib - 2:0.
Beləliklə, "Neftçi" liderliyini möhkəmlədib.
Topaz Premyer Liqası
4-cü tur
16 sentyabr
"Neftçi” – "Keşlə” 2:0
Qollar: A.Krivotsyuk, 88; B.Dabo, 90+4
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov
Bakı. 8-ci km stadionu.
Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 10. Dario Frederiko, 25. Kiril Petrov (k), 9. Baqali Dabo, 5. Anton Krivotsyuk, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 93. Soni Mustivar, 6. Qoran Paratski, 11. Kvame Karikari.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 28. Slavko Braliç, 77. Elvin Sərkərov, 26. Ömər Buludov, 33. Ricat Qarayev, 4. Rəşad Eyubov, 70. Əli Şirinov, 7. Namiq Ələsgərov, 32. Mirkamil Əliyev, 37. Vüsal Əsgərov, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Roberto Bordin.
Keşlə: 1. Kamran Ağayev (k), 33. Tərlan Quliyev, 3. Denis Silva, 93. Edvinas Girdvainis, 4. Slavik Alxasov, 65. Cabir Əmirli, 90. Ebrima Sohna, 19. Azər Salahlı, 7. Vaqif Cavadov, 14. Andre Klennon, 22. Nikola Mitroviç.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 2. Sertan Taşkın, 66. Murad Qayalı, 88. Məmməd Quliyev, 21. Herve Tçami, 11. Bahodir Nasimov, 9. Amil Yunanov, 10. Ruslan Nəsirli, 97. Elnur Cəfərov, 17. Samir Məsimov, 18. Ruslan Əmircanov.
Baş məşqçi: Mladen Milinkoviç.
"Sabah” – "Qəbələ” 1:0
Qol: M.Deviç, 23
Qırmızı vərəqə: M.İsyaev, 76 (ikinci sarı)
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Elşad Abdullayev, Rəvan Həmzəzadə
Masazır. "Əlincə Arena”.
Sabah: 30. Saşa Stamenkoviç, 13. Filip İvanoviç, 5. Kərim Diniyev,
21. Novruz Məmmədov, 19. Məqsəd İsayev, 33. Eltun Turabov, 15. Erik Ramos, 7.
Vitali Kvaşuk, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev (k), 9. Marko Deviç.
Ehtiyat
oyunçular: 1. Tərlan Əhmədli,
6. Vadim Abdullayev, 88. Elçin Əsədov, 14. Tural Qürbətov, 3. Elvin Bədəlov,
25. Vanderson Silva, 2. Ülvi İbazadə, 11. Elgün Nəbiyev, 27. Bəxtiyar Soltanov.
Baş məşqçi: Elşad Əhmədov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin
Camalov, 10. Rauf Əliyev, 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 21. Lalavele
Atakora, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov (k),
88. Sabien Lilay.
Ehtiyat
oyunçular: 23. Aqil Məmmədov,
35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 11.
Asif Məmmədov, 14. Cavid Hüseynov, 26. Faiq Hacıyev, 32. Amin Seydiyev, 79. Əli
Sadıxov, 99. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.
Turun digər oyunları: "Qarabağ” - "Sumqayıt” 1:0. "Səbail” - "Zirə” 1:1.
Fanat.Az