Futbol üzrə İspaniya Sequndasında 5-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Alkorkon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Deportivo” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb - 1:0.
İsrafilov bu görüşün iştirakçısı olmayıb. O, matçın sonunadək ehtiyatda qalıb.
Hazırda 8 xala malik "Alkorkon” 22 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Fanat.Az