Almaniya 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi "Sankt Pauli”ni qəbul edib və 3:1 hesablı qələbəyə sevinib. Nazarovun adı oyunun iştirak ərizəsinə salınmayıb.
"Ersgebirge” hazırda 4 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.
Fanat.Az