Millimizin düşərgəsindən "Neftçi"yə zədəli qayıdan futbolçu Emin Mahmudovun durumuna aydınlıq gəlib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin sağ ayağının gətirici əzələsinin sümüyə birləşən hissəsində birinci dərəcəli gərilmə aşkarlanıb. Bir neçə gün müalicə olunacaq yarımmüdafiəçinin sentyabrın 22-də "Zirə”yə qarşı oynayıb-oynamayacağı sual altındadır.
Qeyd edək ki, E. Mahmudov zədə səbəbdən dünən "Keşlə” ilə oyunu buraxıb.
Fanat.Az