"Sportinq” Avropa Liqasının qrup mərhələsinin ilk turunda qarşılaşacağı "Qarabağ”la oyunun hazırlığına başlayıb.
Fanat.Az xəbər verir ki, Liqa Kubokunun "Maritimu” ilə oyunundan (3:1) sonra baş tutan ilk məşqi klub prezidenti Frederiko Varandas və menecer Roberto Servero da izləyib.
Məşqə "Maritimu”ya qarşı oynamayan kapitan Nani də qatılıb. Hücumçu Bas Dost isə hələ də müalicəsini davam etdirir.
Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Fanat.Az