AFFA İntizam Komitəsi Topaz Premyer Liqaı təmsilçisi "Zirə"yə texniki məğlubiyyət verib.
Fanat.Az xəbər verir ki, buna IV turda "Səbail"ə qarşı matçda komandanın yaş limitini pozması səbəb olub. Klub sözügedən görüşdə, turnirin reqlamentinə əsasən protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil etməyib. Buna görə oyunun nəticəsi ləğv edilib, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, "Səbail" - "Zirə" görüşü 1:1 hesabı ilə başa çatmışdı.
Fanat.Az