20:20 21.09.2018 1138

"Neftçi"nin legioneri: "İşimiz yalnız qol vurmaqdan ibarət deyil"

"Neftçi”nin futbolçusu - hücumçusu Kvame Karikari klubun rəsmi saytına müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir: 

- "Zirə” ilə oyuna hansı əhval-ruhiyyə ilə hazırlaşırsınız?
- Əhval-ruhiyyəm yaxşıdır. Hazırlıq öz axarı ilə gedir. Oyuna çıxıb öz gücümüzü göstərməliyik.

- Rəqibi təhlil edə bilmisinizmi?
- Bəli, rəqibin oyunlarını izləmişik. Turnir cədvəlindəki mövqeyinə baxmayaraq, kifayət qədər güclü komandadır. Ümumiyyətlə, aşağı pillələrdə qərarlaşan komandalara qarşı oynamaq həmişə çətindir. Onlar turnir cədvəlindəki vəziyyətlərini yaxşılaşdırmaq üçün var gücü ilə çalışırlar.

- Sabahkı oyundan nə gözləyirsiniz?
- Dediyim kimi, gücümüzü göstərib liderliyimizi davam etdirməliyik. Komandamızın hazırkı vəziyyəti, zirvədə qərarlaşmağı bizi sevindirir, amma rahatlaşmaq olmaz.

- 4 oyunda cəmi 1 qol vurmusunuz. "Keşlə” ilə matçda bir neçə qol epizodunu boşa verdiniz...
- Deməzdim ki, qol epizodlarının sayı çox idi. Bir epizodda məni müdafiəçi çaşdırdı deyə topu itirdim. Digərində isə zərbə endirməyimə imkan vermədilər. Fikrimcə, həmin epizodda penalti var idi, amma hakimin rəyi fərqli oldu.

- Bununla belə, ən yaxşı formanızdan uzaqsınız...
- Son matçda göstərdiyim oyun mənim də xoşuma gəlmədi. Söhbət təkcə epizodların dəyərləndirilməməsindən getmir. Axı işimiz yalnız qol vurmaqdan ibarət deyil. Lazım olanda topu saxlamaq, komanda yoldaşları üçün epizod yaratmaq tələb olunur. Bir neçə dəfə top itirdim, düz qərar verə bilmədim.

- Bəlkə, komandaya tam uyğunlaşa bilməmisiniz?
- Deməzdim. Komanda yoldaşlarımla bir-birimizi yaxşı tanıyırıq. Buna baxmayaraq, 4 oyun da azdır. Bir az vaxta ehtiyac var.

- "İnStat” şirkətinin təhlilinə əsasən, 4-cü turun rəmzi komandasına "Neftçi”nin 7 futbolçusu daxil edilib ki, onlardan biri də sizsiniz. Rəmzi komandaya düşmək sizin üçün sürpriz olmadı?
- Xeyr, sürpriz olmadı. Bildiyimə görə, bu seçim statistikaya əsaslanır. Mən isə "Keşlə” ilə oyunda çox çalışdım. Ən vacibi komandanın uğurudur ki, buna da nail olduq.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

Facebookdan bizi izləməyi unutmayın.
X