"Qələbə çox yaxşıdı. Hərçənd, ilk hissədə məğlub durumda idik, ancaq ikinci hissədə toparlanmağımız komandanın əzmkarlığını göstərir".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının V turunda "Keşlə"ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
53 yaşlı mütəxəssis futbolçularının əzmkarlığını qeyd edib: "Keşlə"nin qapısında daha çox qol epizodu oldu. Futbolun meyvəsi qoldusa, bu, çatmırdı. Futbolçularımızı əzmkarlığa görə təbrik etmək istəyirəm. Hələ oyunlar qabaqdadı. Daha yaxşı çalışmalı, irəli baxmalıyıq".
Süleymanov komandasının yeni qurulduğunu bildirib: "Sumqayıt" yeni futbolçulardan qurulub. Bu komandanın yaranmasından 3 ay keçməyib. Düşünməmişdim ki, hadisələrin gedişatı belə olacaq. Nəticə 90 dəqiqəyə bilinir. Bir hücumçu ilə hazırlaşmışdıq, Atilla sonradan bizə qoşuldu. İstərdim ki, futbolçularımız daha sabit olsunlar. Nəticənin həmişə yaxşı olmasını istəyirik. Kim istəyər ki, pis olsun? Meydanda özünü idarə etsən, daha yaxşı oynayacaqsan. Xarici futbolçu götürmürük. Ancaq yerli futbolçularla oynayırq. Komandamız yeni qurulub".
Baş məşqçi "Sizcə, yarımmüdafiəçiniz Aleksey İsayev millimizə yaxın gələcəkdə dəvət almaq potensialına malikdi" sualına belə cavab verib: "Hər bri baş məşqçi istəyər ki, millidə çox futbolçusu olsun. Nə qədər çox futbolçun millidə olsa, bir o qədər yaxşıdı. Bu, hamı üçün yaxşı olar. Hansı baş məşqçi istəməz ki, yığmada çoxlu oyunçusu olmasın?".
Fanat.Az