"Sumqayıt" daha yaxşı oynadı və qələbə qazandı. Bu münasibətlə rəqibi təbrik edirəm. Bizə gəlincə, problemlərimiz vardı və bu gün daha da artdı".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının V turunda "Sumqayıt"a evdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Sportnet.az xəbər verir ki, serb mütəxəssis oyunu dəyərləndirib: "Bir həftə əvvəl "Neftçi"yə 0:2 hesabı ilə uduzsaq da, yaxşı oynadıq. Bu dəfə isə oyuna görə məğlubiyyətə layiq idik. Matçdan əvvəl futbolularımıza dedim ki, qalib gəlmək lazımdı. Oyunun ilk hissəsində əsəbilik, gərginlik vardı. Bunu qarşılaşmada hiss etdik. Çox olmasa da, uğurlu çıxış etdik və fasiləyədək qol vuraraq 1:0 hesabı ilə irəli çıxdıq. Lakin ikinci hissənin ilk dəqiqələrində vurulan qol oyunun istiqamətini tamamilə dəyişdirdi və ortada çox boşluqlar verdik. Yaxşı ki rəqib qol vurmadı. Heç-heçə də edə bilərdik, ancaq şansımızı əldən verdik. Bu, bizim üçün heç də yaxşı hal deyil. Oyunun sonunda iki futbolçunun toqquşması oldu. Ancaq başa düşmədim ki, niyə baş hakim oyunu dayandırmadı? Futbolçuların sağlamlığı oyundan daha vacibdi".
Milinkoviç "Keşlə"nin rəhbəri Zaur Axundovun dövründə 4-cü baş məşqçisiniz. İşinizə necə qiymət verərdiniz? Klub rəhbəri olsaydınız, belə nəticəsi olan baş məşqçini istefaya göndərərdiniz" sualını belə cavablandırıb: "Keşlə" kifayət qədər böyük klubdu. Onun hazırkı nəticələri ürəkaçan deyil. Bilirəm ki, buna baş məşqçi məsuliyyət daşıyır. Təbii ki, Axundovla danışacağıq, görək necə olur. Bu, futboldu, hər şey olur. Bunu normal qarşılamaq lazımdı. Təbii ki, görünən mənzərə xoş deyil. İstəyirik ki, vəziyyəti yaxşılığa dorğu dəyişək. Bunun üçün çalışırıq".
Fanat.Az