"Qarabağ" Topaz Premyer Liqasında "Zirə"ylə I turdan təxirə salınmış qarşılaşmada ciddi itkiylə üzləşib.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin aparıcı oyunçularından olan Donald Gerye fasiləyə 10 dəqiqə qalmış zədələnib. Haiti millisinin üzvü "Zirə"nin sağ cinah müdafiəçisi Tellur Mütəllimovla mübarizə nəticəsində çiynindən xəsarət alıb. Həkimlər legionerə tibbi yardım göstərsələr də, o, mübarizəni davam etdirə bilməyib. Nəticədə Donald albaniyalı həmkarı Ansi Aqolliylə əvəzlənib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan onra Geryenin son durumu ilə bağlı açıqlama verib. O, haitili yarımmüdafiəçinin çiyninin çıxdığını deyib: "Həkimlər çiynini yerinə salıblar. Hələ ki, başqa məlumat yoxdu".
Fanat.Az