Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub zonasında 7-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi "Frankfurt” da növbəti matçına çıxıb.
Frankfurtlular rəqib meydanında "Frayburq”la qarşılaşıb. Futbolçumuzun komandası 1:2 hesabıyla uduzub. Murad start "11-lik”də yer alıb və 56-cı dəqiqədə yerini komanda yoldaşına verib.
Bu mövsüm çempionatda keçirdiyi bütün matçlarda yenilən Frankfurt təmsilçisi 14 kollektiv arasında 13-cü pillədədi.
Fanat.Az