"Hesab edirəm ki, "Qarabağ" Azərbaycana layiq oyun oynadı. Nəticə oyunun keyfiyyətini əks etdirmədi. Məncə, möhtəşəm oynadıq".
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl "Arsenal"la 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının II tur matçından sonra deyib.
Klub rəsmisi bildirib ki, bu oyun heç vaxt unudulmayacaq: "Qarabağ" bütün dünyanın və İngiltərədən gələn azarkeşlərin hörmətini qazandı. Düzdü, nəticə istədiyimiz kimi olmadı. Rəqibimiz dünyaca məşhur, çox güclü komanda idi. Biz Qarabağın adını İngiltərəyə və bütün dünyaya duyurmaq istəyirdik ki, bunu da bacardıq. Bu möhtəşəm stadionda dünyanın ən nəhəng klublarını qəbul edirik. Bu, bizim üçün xoş haldı. Əlbəttə, bu oyun da çox önəmli idi. Tarixi qarşılaşma idi. Hesab edirəm ki, bu oyun heç vaxt unudulmayacaq. Xüsusən də ilk hissə çox möhtəşəm idi".
Fanat.Az