Region Liqasında çıxış edən "Şahdağ" heyətini yeni futbolçularla gücləndirib.
Fanat.Az xəbər verir ki, qusarlılar yığmamızın sabiq futbolçusu Tural Cəlilov və Sərxan Ağayevi də heyətə cəlb edib.
Son mövsümü Premyer Liqada "Kəpəz"də keçirmiş Cəlilov müxtəlif yaş qrupları üzrə yığmalarımızla yanaşı, "Xəzər Lənkəran", "Zirə", "Simurq", "Kəpəz" "Rəvan" kimi klubların formasını geyib.
Sərxan Ağayev isə vaxtilə elə qusar klubunun formasını geyməklə yanaşı, "Zaqatala" və "Binə"də də oynayıb.
Fanat.Az