"Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində az öncə başa çatan oyundan sonra mətbuat konfransına qatılmayıb.
Fanat.Az xəbər verir ki, Qurbanov özünü pis hiss etdiyi üçün media mənsubları önünə çıxmayıb. "Zirə”yə 0:1 hesablı yenilgini isə köməkçi -məşqçi Elmar Baxşıyev qısa şərh edib:"Nəsə danışmaq çətindi. "Qara zolaq”dan çıxa bilmirik. Oyunumuz da düzəlmir. Komandanı oyatmaq lazımdı. Bu vəziyyətdən çıxa biləcəyimizə ümid edirik”.
Fanat.Az