10:58 16.10.2018 1187

Avropa və Amerikanin futbol klassikasi bu gün "Topaz"da

Milli komandaların 5 günlük "oyun həftəsi"  başa çatır. Bu gün keçiriləcək 9 matçla UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulacaq.  U-21 yığmaları arasında AVRO-2019-un seçmə tsiklinin  24,  U-19-lar arasında ilkin seçmə raundun 10, Afrika Millətlər Kubokunun təsnifat mərhələsinin 21  qarşılaşması da bu gun oynanılacaq.  

Daha 32 milli komanda isə yoldaşlıq görüşünüdə üz-üzə gələcək. Bir sözlə, futbola zəngin bir gün.  Bu rəngarənglik Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"ın çərşənbə axşamına olan oyun proramında da əksini tapıb. "Topaz"ın bu gün saat 14-dən  başlayıb sabah səhər saat 05:45-dəki Meksika-Çili matçına qədər əksər görüşləri əhatə edən proqramında 128 qarşılaşma yer alıb. Bu matçlardan 20-nə "Topaz"da "təkli" mərc etmək mümkündür. Canlı mərc edə biləcəyiniz oyunların sayı isə daha çoxdur. Proqramda yer alan "təkli oyun"lardan daha çox maraq doğuranları bunlardır:

Saat 21:45. Braziliya-Argentina (kod 100)

Dünya futbolunun klassik qarşıdurmalarından biri bu dəfə neytral meydanda -  Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq.  Tite baş məqşçi postuna gəldikdən sonra Braziliya keçirdiyi 29 matçın yalnız ikisində uduzub. Mundial-2018-dən sonra Lionel Skaloninin başçılığı altında oynayan Argentina isə keçirdiyi 3 görüşdə qapısından qol buraxmayıb.  2 qələbə qazanıb, Kolumbiya ilə  0-0 oynayıb. Əzəzli rəqiblərin duelində müxtəlif səbəblərdən Braziliyadan Marselo, Faqner, Duqlas Kosta, Argentinadan isə Messi, Aquero, İquayn, Roxo, Di Mariya və Baneqi oynamayacaq.  Əmsallar: Braziliyanın qələbəsi 1.60, heç-heçə  3.45, Argentinanın qələbəsi 5.20.

Saat 22:45. Fransa-Almaniya (kod 101)

Bu axşam daha bir futbol klassikasını da izləyəcəyik. Son dünya çempionu keçmiş dünya çempionu ilə UEFA Millətlər Liqasında qarşılaşacaq.  Fransızlar  ardıcıl 14 oyundur uduzmur. Bundestim isə 3 gün əvvəl Millətlər Liqasında Hollandiyadan ağır zərbə alıb (0:3). Qrupun lideri olan Fransa almanlara qalib gələrsə, Yoahim Lövün komandası 1-ci yeri tutmaq şansını itirəcək. Fransa isə qrup liderliyi uğrunda yalnız Hollandiya ilə mübarizə aparmalı olacaq. Bu komandaların ötən ay Almaniyada keçirilən ilk duelində qapılara qol vurulmamışdı. Ümumiyyətlə, bu komandalar arasında indiyədək keçirilən 30 görüşün 13-də fransızlar, 9-da almanlar qalib gəlib. 8 matçda qalib müəyyənləşməyib. Bu dəfəki duelin əmsalları: Fransanın qələbəsi 1.80, heç-heçə 3.50,  Almaniyanın qələbəsi 3.95.

Saat 22:45. Ukrayna-Çexiya (kod 480)

Xarkovda keçiriləcək matçın nəticəsi Millətlər Liqasının bu qrupunda bütün suallara aydınlıq gətirə bilər. Ukrayna qalib gələrsə, son turdan asılı olmayaraq yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Andrey Şevçenkonun baş məşqçi postuna təyinatından sonra  son 8 oyunda uduzmayan Ukrayna axşamkı duelin də favoriti sayılır. Əmsallar: Ukraynanın qələbəsi 1.65, heç-heçə 3.10, Çexiyanın qələbəsi 4.65.

Bunlardan başqa "Topaz"ın bu günkü proqramında yer alan Norveç-Bolqarıstan, İrlandiya-Uels,  Belçika-Hollandiya,  Danimarka-Avstriya,  Meksika-Çili kimi maraqlı görüşlərə də "təkli" və "canlı" mərc edə bilərsiniz. 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

Facebookdan bizi izləməyi unutmayın.
X