Topaz Premyer Liqasının VIII turunun oyun proqramında dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, "Sumqayıt”ın rəsmi məktubuna əsasən, "Sabah”la görüşün yerinin dəyişdirilməsinə qərar verilib. Belə ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi "Bayıl Arena”da yox, "Dalğa Arena”da keçiriləcək.
Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 21-i saat 17:00-da başlayacaq.
Fanat.Az