"Neftçi”nin futbolçusu Soni Mustivar Haiti millisinin heyətində növbəti qolunu vurub.
Fanat.Az xəbər verir ki, Mustivar CONCACAF Millətlər Liqasında Sent-Lusia ilə səfər oyununun 13-cü dəqiqəsində fərqlənib. Bu, 28 yaşlı yarımmüdafiəçinin Haiti yığmasının heyətində 13-cü görüşündə 2-ci qolu olub. Mustivar uzatma dəqiqələrində meydandan alınıb. Oyun onun komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.
"Qarabağ"ın müdafiəçisi Donald Gerye isə zədə səbəbindən Haiti millisinə dəvət almayıb.
Fanat.Az