Roman Qriqorçukla yolları qeyri-rəsmi şəkildə ayıran "Astana” "Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjelaya təklif göndərib.
Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, çex mütəxəssis millimizin futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan klubundan təklif aldığını təsdiqləsə də, bununla bağlı əlavə açıqlama verməyib.
"Astana”nın "Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukla yolları ayırdığı bildirilir. Hərçənd klub məsələ ilə bağlı rəsmi açıqlama yaymağa tələsmir.
Xatırladaq ki, Vlastimil Petrjela 2007-2008-ci ildə "Neftçi”nin baş məşqçisi olub.
Fanat.Az