Qazaxıstan çempionatında XXX turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu "Astana” da növbəti matçına çıxıb.
Onun komandası doğma meydanda "Ordabası” ilə qarşılaşıb. "Astana" meydandan bir xalla ayrılıb - 1:1.
Almeyda da bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.
"Astana" hazırda 71 xalla 12 iştirakçı arasında vahid liderdi.
Fanat.Az