Türkiyənin 1-ci liqasında IX turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın çıxış etdiyi "Boluspor” səfərdə "Balıkəsirspor”la qarşılaşıb.
Futbolçumuzun komandası meydanda qələbə ilə ayrılıb - 1:0. Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
"Boluspor” hazırda 23 xalla 18 iştirakçı arasında ikinci pillədədi.
Fanat.Az