"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının VIII turunda "Sumqayıt"a səfərdə 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.
- Oyunun gərgin keçəcəyini gözləyirdik. Rəqib hardasa ikinci hissədə bizi üstələdi. Hərçənd, azlıqda oynayırdı. Nazim Süleymanov yaxşı komanda qurub. Futbolçularımız xarakter, mübarizlik göstərdilər və qələbə çaldılar. Buna görə onları təbrik edirəm.
- Aldığınız 4 sarı vərəqə də bunun nəticəsi idi?
- Bu da revanş hissiylə bağlı oldu. Çox sarı vərəqə aldıq.
- Vurğun Hüseynov olmasaydı, "Sumqayıt" daha üstü oynayardı. Bunu düşündünüzmü?
- Elə düşünmürəm. 11-11-ə oynasaydıq, futbolçularımız daha maraqlı oynayırdılar.
- Bəxtiyar Soltanov ötən mövsüm "Xəzər"də I divizionda komandanızın kapitanı, lideri idi. Ancaq indi sonradan meydana girir, qaça bilmir. Doğrudanmı, çempionatlara arasında səviyyə fərqi belə böyükdü, yoxsa problem futbolçudadı?
- Bu iki liqa arasında səviyyə fərqi həqiqətən böyükdü. Bəxtiyarı özüm tanıya bilmədim ki, bir neçə epiozdda Yusif Nəbiyevi necə üstələyə bilmədi. Halbuki, Soltanov sürətli futbolçudu, bundan faydalana bilmədi. (Sport24.az)
Fanat.Az