Avropa Liqasının qrup mərhələsinin III turunda baş tutacaq "Qarabağ" - "Vorskla” ( Ukrayna) oyununa təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA matçı israilli hakimlərə tapşırıb.
Görüşü Roi Raynşrayber idarə edəcək. Ona Danni Krasikou və David Elias Bitton yardımçı olacaq. Dördüncü hakim funksiyasını Amihay Yehoşua Mozes yrinə yetirəcək. Alon Yefet və Daniel Bar Natan əlavə köməkçi hakimlər olacaq.
Hakimlərin işinə rusiyalı hakim-inspektor Sergey Zuyev qiymət veerəcək. Matçın UEFA nümayəndəsi isə polşalı Kazimierz Oleszek olacaq.
Qeyd edək ki, oktybarın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20.55-də başlayacaq.
Fanat.Az