Moldovanın "Şerif" klubunun U-19 komandasının baş məşqçisi Luka Pavloviç "Qəbələ" ilə UEFA Gənclər Liqasının cavab oyunundan danışıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis hər iki komandanın şanslarını bərabər qiymətləndirib:
"Komanda avrokuboklarda qarşıdakı oyuna hazırlaşır. Uşaqlar fiziki və taktiki planda artıq hazırdılar. İndi isə futbolçuların psixoloji durumunun üzərində işləməliyik. Əminəm ki, gənclərimiz sərfəli nəticə qazanmaq üçün meydanda bütün gücünü ortaya qoyacaq. Praktiki olaraq, şanslar bərabərdi. İlk oyundakı nəticəyə ehtiyacımız yoxdu, Evdə yalnız qələbə qazanmaq niyyətindəyik".
Qeyd edək ki, sabah keçiriləcək "Şerif" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 16.00-da başlayacaq. Komandalar arasında Qəbələdəkı matçda qalib müəyyənləşməmişdi - 1:1.
Fanat.Az