AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, komitə üzvləri Topaz Premyer Liqasının VIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Qəbələ" - "Neftçi" oyununun 62-ci dəqiqəsində qonaqların, 64-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat cərimə olunub.
Həmçinin "Neftçi” azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan "Qəbələ”nin təqdim edəcəyi hesaba uyğun olaraq Bakı klubu tərəfindən ödəniləcək.
"Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə isə 67-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 200 manat cərimə edilib.
"Sabah" və "Zirə" isə 4 futbolçusu sarı vərəqə aldığından 800 manat cərimə edilib.
Fanat.Az