18:22 24.10.2018 1259

\"Vorskla\"nın baş məşqçisi: \"Qurban Qurbanovun dosyesini araşdırmışam\"

"Gözəl stadion və gözəl şəhərə gəlmişik. Sabah maraqlı oyun olacaq. Hər iki komandanın xalı yoxdur. İtirəcək bir şeyimiz də yoxdur”.

Bunu Ukraynanın "Vorskla” komandasının baş məşqçisi Vasili Saçko UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ”la səfər matçından əvvəl deyib.

43 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında heyətlə bağlı problemlərinin olduğuna diqqət çəkib: "Bura gəlməyən futbolçular bizim üçün itkidir. Zədəlilər aparıcı oyunçulardır. Biz "Şaxtyor” deyilik, amma əvəzində yaxşı komandamız var. Bu, "Qarabağ” qarşısında özümüzü yaxşı tərəfdən göstərməyə kömək edəcək. Azərbaycanlı futbolçularla az oynamamışıq. Onlarla hələ görüşməyə imkan olmayıb. Bu futbolçular vasitəsilə Azərbaycanın qonaqpərvərliyini görmüşəm. Bu gün vaxt tapıb görüşə bilərik”.

Baş məşqçi rəqibi yaxından öyrəndiklərini söyləyib: "Buradan 3 xalla getmək istəyirik. Amma qrupumuzda favoritlər "Arsenal” və "Sportinq”dir. "Qarabağ”ın vaxtilə "Dnepr”ə problem yaratdığını bilirik. Əvvəlki oyunlarına baxmışam. Həmin dövrdə "Dnepr” çox güclü idi. Rəqibimizi yaxından öyrənmişik. Üstün tərəfləri sürətli və topla yaxşı oyun sərgiləməsidir. Digər rəqiblərlə oyunlarda xallar toplayacağına inanıram. Qurban Qurbanovun dosyesini araşdırmışam, komandaya uzun müddətdir rəhbərlik edir. Lakin bu komandanın çatışmayan cəhətləri də var. Ancaq biz üstün tərəflərə köklənmişik. Bura kurorta gəlməmişik. Komandamız sürprizə, cəsurluğa hazırdır. "Arsenal”la oyunlarda kadr, təcrübə çatışmazlığımız oldu. Coğrafi cəhətdən elə yerdəyik ki, təyyarə ilə daha tez gəlmək mümkün deyil. Bura yaxşı gəlmişik, təşkilatçılat bizi yerləşdirməkdə kömək ediblər. Zamanında məskunlaşdıq. Sabahkı oyuna yaxşı vəziyyətdə çıxmağa vaxtımız olacaq”.

Saçko Ukrayna Premyer Liqasının sonuncu turunda evdə Kiyev "Dinamo”suna 0:1 hesabı ilə uduzduqları matçdan da danışıb: "Dinamo” ilə oyunda çoxlu güc və emosiya sərf etdik. Amma məşqçilər və tibb heyəti komandanı bərpa edə bilib. Həftəsonu da çempionat oyunumuz var. "Qarabağ” da bizimlə eyni durumdadır. Hər bir oyunda daha güclü olmaq istərdik. Başqa seçim imkanımız yoxdur. Rəqibə hörmətlə yanaşırıq, amma heç kimdən qorxmuruq”.

Baş məşqçi "Vorskla”nın erməni futbolçusu Geqam Kadimyanın zədəli olduğu üçün Bakıya gəlmədiyini deyib: "Sağlam olsaydı, vəziyyətə uyğun qərar verərdik. Cavab görüşünə o və digər futbolçuların hazır olmaları üçün tibbi personalımız çalışacaq”.

Saçko Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenkonun "Vorskla”nın futbolçularını izlədiyini vurğulayıb: "Andrey Şevçenkonun planlarını bilmirəm. Onunla ünsiyyətdəyik, gənc və ambisiyalı mütəxəssisdir. "Vorskla”nı yaxından izləyir. Londondakı oyunumuzu izləyib, Bakıya gələcəyinə əmin deyilik. Əminəm ki, televiziya vasitəsilə oyunumuzu izləyəcək. "Qarabağ” haqda kifayət qədər informasiyaya malikik. Kadr çətinliyinə baxmayaraq oyuna hazırıq”.

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq. ("Report”)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X