UEFA 2017/18 mövsümü üçün Çempionlar Liqasında iştirak edən klubların gəlirlərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, ötən mövsüm turnirin qrup mərhələsində iştirak edən "Qarabağ” ümumilikdə 16 milyon 819 min avro qazanıb.
"Qarabağ"a 2 milyon avro "pley-off"a, 12.7 milyon avro isə qrupa vəsiqə qazandığına görə verilib. Qrupda iki heç-heçə edən təmsilçimiz 1 milyon avro əldə edib. Daha 1 milyon 119 min avro isə marketin gəlirlərinə görə ödənilib.
Fanat.Az