19:51 25.10.2018 1653

"Qarabağ" Çempionlar Liqasının ən az qazanan klubu oldu - TAM SİYAHI

UEFA 2017/18 mövsümündə Çempionlar Liqası üçün maliyyə hesabatını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, hesabat pley-off və qrup mərhələlərini əhatə edib. Tarixdə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Azərbaycan klubu olan "Qarabağ" turnirdən 16 milyon 819 min avro qazanıb. Belə ki, Azərbaycan çempionuna "pley-off"a vəsiqəyə görə 2, qrupa vəsiqə qazandığına 12.7 milyon avro ödənilib. Qrupda iki heç-heçə edən təmsilçimiz 1 milyon avro əldə edib. Daha 1 milyon 119 min avro isə marketinq gəlirlərinə görə ödənilib.

"Qarabağ" turnirin ən az qazanc gəlir əldə edən klubu olub. Təmsilçimizdən sonra ən az qazananlar Portuqaliyanın "Benfika" (17.451.000 avro) və Cənubi Kiprin APOEL (17.699.000 avro) klubları olub.

Çempionlar Liqasından ən çox qazanc əldə edən klub isə Madrid "Real"ıdı. Turnirin qalibi olan ispanlar 88 milyon 654 milyon avro qazanıb. "Real" qrupa vəsiqəyə görə 12.7, qrupdakı performansa görə 7.024, marketinq gəlirlərindən 33.43, 1/8 finala görə 6, 1/4 finala göə 6.5, yarımfinala görə 7.5, qalib adını qazandıına görə 15.5 milyon avro əldə edib. 

Mübarizəni yarımfinalda dayandırmış "Roma" finalçı "Liverpul"dan çox qazanıb. Belə ki, italyanlar 83.802, ingilislər 81.283 milyon avro əldə edib. Bunun əsas səbəbi marketinq gəlirləridi. Marketinq gəlirlərindən "Roma"nın payına 45.209, "Liverpul"un payına isə 29.190 milyon avro düşüb.

Beləliklə, UEFA Çempionlar Liqasına görə 1 milyard 401 milyon 52 min avro paylayıb. UEFA ilə Avropa Klublar Birliyi arasındakı Anlaşma Memorandumuna uyğun olaraq bu quruma 4 milyon 550 min avro ödəniilib. Çempionlar Liqasının qalibi "Real"la Avropa Liqasının qalibi "Mançester Yunayted" arasındakı Super Kubokda 7 milyon avro mükafat verilib. Bununla da UEFA-nın ümumi xərci 1 milyard 412 milyon 602 min avroya atıb.

Qrup mərhələsi
1. Real (İspaniya) - 88.654.000 avro
2. Roma (İtaliya) - 83.802.000 avro
3. Liverpul (İngiltərə) - 81.283.000 avro
4. Yuventus (İtaliya) - 80.057.000 avro
5. Bavariya (Almaniya) - 70.494.000 avro
6. Çelsi (İngiltərə) - 65.156.000 avro
7. Mançester Siti (İngiltərə) - 63.821.000 avro
8. PSJ (Fransa) - 62.058.000 avro
9. Tottenhem (İngiltərə) - 61.307.000 avro
10. Barselona (İspaniya) - 57.439.000 avro
11. Sevilya (İspaniya) - 48.431.000 avro
12. Monako (Fransa) - 46.574.000 avro
13. Beşiktaş (Türkiyə) - 43.272.000 avro
14. Mançester Yunayted (İngiltərə) - 40.347.000
15. Napoli (İtaliya) - 38.967.000 avro
16. Leypsiq (Almaniya) - 35.519.000 avro
17. Seltik (Şotlandiya) - 32.476.000 avro
18. Atletiko (İspaniya) - 31.730.000 avro
19. Olimpiakos (Yunanıstan) - 31.072.000 avro
20. Şaxtyor (Ukrayna) - 29.437.000 avro
21. Portu (Portuqaliya) - 29.411.000 avro
22. Bazel (İsveçrə) - 28.780.000 avro
23. Borussiya (Dortmund, Almaniya) - 27.339.000 avro
24. Feyenoord (Hollandiya) - 25.045.000 avro
25. ÇSKA (Moskva, Rusiya) - 23.025.000 avro
26. Sportinq (Portuqaliya) - 21.795.000 avro
27. Spartak (Moskva, Rusiya) - 19.908.000 avro
28. Anderlext (Belçika) - 19.057.000 avro
29. Maribor (Sloveniya) - 18.444.000 avro
30. APOEL (Cənubi Kipr) - 17.699.000 avro
31. Benfika (Portuqaliya) - 17.451.000 avro
32. Qarabağ (Azərbaycan) - 16.819.000 avro

Pley-off mərhələsi
Hoffenhaym (Almaniya) - 9.255.000 avro
Nitsa (Fransa) - 10.244.000 avro
Başakşəhər (Türkiyə) - 4.687.000 avro
Yanq Boyz (İsveçrə) - 3.197.000 avro
Rieka (Xorvatiya) - 3.000.000 avro
Slaviya (Çexiya) - 3.000.000 avro
Kopenhagen (Danimarka) - 3.000.000 avro
Hapoel (Bear Şeva, İsrail) - 3.000.000 avro
Astana (Qazaxıstan) - 3.000.000 avro
Styaua (Rumıniya) - 3.000.000 avro

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X