"Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib.
Qeyd edək ki, "Keşlə" Mladen Milinkoviçin rəhbərliyi altında keçirdiyi 8 Premyer Liqa matçında 1 qələbə qazanıb, 2 heç-heçə edib və 5 dəfə məğlub olub. Bakı klubu hazırda 5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fanat.Az